Əksər qurumlarda mühasibatlıqla bağlı nöqsanlar aşkarlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilib.
Belə ki, 2019-cu ildə keçirilən auditlər zamanı əksər qurumlarda mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanlar üzə çıxıb.
Qeyd olunur ki, müəssisələrdə maliyyə-təsərrüfat əməliyyatları bəzi hallarda təlimata uyğun aparılmayıb.
