Həsən Həsənovun atası dünyasını dəyişdibackend

Həsən Həsənovun atası dünyasını dəyişdi

2014-cü ilin iyulunda Kəlbəcərdə ermənilər tərəfindən qətlə yetirilən Həsən Həsənovun atası Fərman Həsənov vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə ailənin yaxınları bildirib.

Qeyd edək ki, Həsən Həsənov 8 il öncə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə yaxınlarının məzarını ziyarət etmək üçün gedərkən girov götürülüb. Həsən Həsənov girov götürüldükdən bir neçə gün sonra ermənilər tərəfindən vəhşicəsinə öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Vətən müharibəsindən sonra erməni əsirliyindən azad edilib.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*