İran Prezidenti Həsən Ruhani general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.
KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, İran Prezidenti bildirib ki, Süleymaninin qisası alınacaq.
“Bu qorxaq hərəkət Amerikanın bölgədə çarəsizliyinin işarəsidir. Şübhəsiz ki, İran və regionda azadlıq axtarışında olan millətlər ABŞ-ın həyata keçirtdiyi bu qorxunc cinayətin intiqamını alacaq”, – deyə H. Ruhani vurğulayıb.
H.Ruhaninin sözlәrinә görә, general Süleymaninin ölümü İran xalqının ürәyini yaralayıb. Bu hadisә ABŞ qarşısında İran xalqının müqavimәtini bir neçә dəfə artıracaq.
İran prezidenti bildirib ki, ABŞ bu hәrәkәti ilә bütün humanist vә beynәlxalq normaları tapdalayıb.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.
