Həvəskar qızılaxtaran böyük bir külçə TAPDIbackend

Həvəskar qızılaxtaran böyük bir külçə TAPDI

Avstraliyanın Viktoriya ştatında bir kişi metal detektoru ilə tərkibində 160 min dollar dəyərində qızıl olan 4,6 kiloqramlıq qaya parçası tapıb.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Belə ki, adının açıqlanmasını istəməyən şəxs tapdığı qaya parçasının tərkibində təxminən 2,6 kiloqram qızıl olduğunu bildirib.

Qeyd edək ki, Avstraliya dünyanın ən böyük qızıl ehtiyatlarına sahibdir. Dünyanın ən böyük qızıl külçələrinin çoxu da bu ölkədə tapılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*