Hikmət Hacıyev: “Ermənistan Qəbələyə Qafan və Cermukdan “SKAD” raketi atıb” – FOTObackend

Hikmət Hacıyev: "Ermənistan Qəbələyə Qafan və Cermukdan "SKAD" raketi atıb" - FOTO

“Azərbaycanın möhtəşəm turizm mərkəzi sayılan və hərbi əməliyyatlar bölgəsindən çox uzaq olan Qəbələ şəhəri Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib”.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat verib.

Onun sözlərinə görə, SCUD tipli olduğu hesab edilən raketlər Ermənistanın Qafan və Cermuk rayonlarından atılıb.

“Çox güman ki, Səddam Hüseyn “Skad”larından istifadə edilib. Ermənistanın dəliliyinin həddi-hüdudu yoxdur”, – deyə Prezidentin köməkçisi əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*