Hindistan Azərbaycana yeni səfir təyin edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Sridharan Madhusudhanan Hindistanın Azərbaycana səfiri təyin edilib.
Bildirilib ki, o, hazırda Hindistan Xarici İşlər Nazirliyində katib vəzifəsində çalışır.
Qeyd edək ki, Sridharan Madhusudhanan Hindistanın ABŞ, Çin və Tayvandakı səfirliklərində müxtəlif postlarda çalışıb.