Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfəri keçdibackend

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfəri keçdi

Hindistanın Assam və Meqqxalaya ştatlarında daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Bundan əvvəl 31 nəfərin öldüyü açıqlanmışdı.

Musson yağışların yol açdığı daşqınlar 3,1 milyon insana ziyan vurub. Üçü uşaq olmaqla, 10 nəfər itkin düşüb.

Assam ştatında 4 min kənd su altında qalıb, insanlar 514 düşərgədə yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*