Hindistanda gənc oğlanın dərisi hər həftə dəyişir – SƏBƏBbackend

Hindistanda gənc oğlanın dərisi hər həftə dəyişir - SƏBƏB

Hindistanlı gənc oğlan dərisinin həftəlik dəyişməsinə səbəb olan nadir xəstəliklə bağlı gündəlik həyatından danışıb.

KONKRET.az xəbər verir ki, onun dedikləri LADBible nəşrində yerləşdirilib.

Mənbə yazır ki, 25 yaşlı Majibar Rehman Malik eritrodermiyadan (dəri xəstəliyi) əziyyət çəkir.

Onun dərisi tez-tez qırmızı rəngə çalır. Bu baxımdan ona “qırmızı adam” deyirlər. Xəstəliyinin doğuşdan bir neçə gün sonra başladığı güman edilir və  indi onun həftədə bir dəfə tükü tökülür, qış aylarında çatlayan dərisi isə quruyur.

Doğma şəhəri Biharda həkimə baş çəkdikdən sonra ona müalicə üçün başqa xəstəxanaya getməyi məsləhət görüblər, ancaq maddi imkansızlıq ucbatından ailəsi tibbi ehtiyaclarını təmin edə bilməyib.

Majibar məktəbə getməyi xoşlasa da, sinifindəki digər uşaqlar onu görməkdən “qorxduqları” üçün dərslərini yarımçıq qoyub və nəticədə məktəbdən qovulub. Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*