HİNDİSTANDA koronaya yoluxmada yeni rekordbackend

HİNDİSTANDA koronaya yoluxmada yeni rekord

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda – 22 min 771 yoluxma qeydə alınıb. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 648 min 315 nəfərə çatıb.

 KONKRET.az xəbər verir ki, ötən sutka ölkədə COVİD-19 səbəbindən 442 ölüm baş verib. İndiyədək Hindistanda 18 min 655 nəfər bu virusdan ölüb. Virusa yoluxanların 60 faizinin sağaldığı bildirilir.

Artıq bir neçə ştatda xüsusi karantin rejimi iyulun 31-dək uzadılıb. Bəzi ştatlarda isə komendant saatı tətbiq olunur.

Qeyd edək ki, Hindistan COVİD-19 virusuna yoluxanların sayına görə, ABŞ, Braziliya və Rusiyanın ardından 4-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*