Hindistanın Heydərabad şəhərində hakim Bharatiya Janata Partiyasının parlamentdəki deputatı Thakur Raca Sinqh Məhəmməd Peyğəmbərin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün saxlanılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, Məhəmməd Peyğəmbər haqqında təhqiramiz şərhlərin əks olunduğu video yayımlayıb və şəhərin bir çox yerlərində Sinqa qarşı etirazlar keçirilib.
Qeyd edək ki, Bharatiya Janata Partiyasının gənclər siyasəti məmurlarından biri olan Harşit Srivastava Twitter-dəki paylaşımına görə iyunun 8-də Uttar-Pradeş ştatında saxlanılıb.
İyunun 9-da isə İslam dininə və Məhəmməd Peyğəmbərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə partiyanın keçmiş sözçüsü Nupur Şarmaya qarşı iddia qaldırılıb.
İqbal Rzayev,
KONKRET.az
