Hindistanın Ermənistana satdığı raketlər nəyi dəyişəcək? – Dehlinin qərəzi ilə bağlı AÇIQLAMAbackend

Hindistanın Ermənistana satdığı raketlər nəyi dəyişəcək? – Dehlinin qərəzi ilə bağlı AÇIQLAMA

Hindistan Ermənistanla çoxlu sayda raket, reaktiv mərmi və sursatların ixracına dair müqavilə imzalayıb. Müqavilələrin ümumi məbləği tam olaraq açıqlanmasa da, yaxın aylarda Ermənistana təqribən 245 milyon ABŞ dolları məbləğində silah göndəriləcəyi bildirilir. Həmçinin Hindistan ilk dəfə olaraq “Pinaka” çoxlüləli reaktiv atış qurğularını ixrac edəcək. Bəs görəsən Hindistanın belə bir addım atmasının səbəbi nədir və bu, Azərbaycana qarşı təhdidləri artırırmı?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, bu yaxınlarda sosial mediada dünya üzrə sorğu keçirilib. Sorğunun keçirilməsində məqsəd ən çox İslamafobiya olan ölkələrin siyahısını tərtib etmək olub. Beləliklə ilk üçlükdə olan ölkələrdən də biri Hindistandır: “Hindistan əhali sayına görə, dünyanın ən böyük ikinci ölkəsidir. Amma bu dövlət İslam ölkələrinə, xüsusən də Pakistana qarşı daim müharibələr aparıb. Kəşmir məsələsi bunun bariz nümunəsidir. Pakistanın Azərbaycanla yaxınlaşması Hindistanın Ermənistana olan rəğbətini daha da artırır və İrəvanı dəstəkləməyə sövq edir. Ermənistan isə bundan maksimum yararlanmağa çalışır”.

Əhəd Məmmədli də evlənir? » "Dünya" informasiya agentliyi

Politoloqun sözlərinə görə, rəsmi Bakı başqa ölkələrlə siyasi-hərbi ticarət aparmasaydı, bu zaman Hindistanın Ermənistana yardımını Azərbaycan üçün təhlükə saymaq olardı. Amma hazırda Azərbaycanın Rusiya, Pakistan, İsrail, Türkiyə və digər ölkələrlə hərbi razılaşması və ticarəti var. Ona görə də, Hindistanın Ermənistana satdığı raketlərin iki ölkə arasındakı balansı ciddi şəkildə dəyişəcəyinə inanmıram. Amma yenə də Azərbaycan ehtiyatlı olmalı və öz hərbi arsenalını gücləndirməlidir. Eyni zamanda  Hindistana mesaj göndərməlidir ki, onun bu addımları Ermənistanın revanşist meyllərini daha da artırır. Yəni Azərbaycan bu məsələdə Hindistana ən azı öz etirazını bildirməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*