Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir.
KONKRET.az-a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.
Bu prosesin davamı olaraq, ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Xalq Partiyasına ofis sahəsi təqdim edib.
