Hökumətin tərkibində dəyişiklik olacaq – Qazaxıstan prezidentibackend

Hökumətin tərkibində dəyişiklik olacaq - Qazaxıstan prezidenti

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, hökumətin tərkibində müəyyən dəyişikliklər olacaq.

KONKRET.az xəbər verir ki, Prezidentin sözlərinə görə:

 “Kadr dəyişiklikləri həmişə qaçılmazdır, çünki bu, hökumətə yeni güc verir. Məsələ kimisə işdən çıxarmaq deyil. Mən həmişə sadəcə işdən çıxarmaq naminə kiminsə vəzifədən azad edilməsinin əleyhinə olmuşam (…).”

Konstitusiyaya əsasən, parlament seçkilərindən sonra hökumət istefa verməlidir. Bundan sonra isə yeni Nazirlər Kabinetinin formalaşdırılması prosesi başlayır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*