Hollandiya Srebrenitsa qətliamına görə sülhməramlılardan ÜZR İSTƏDİbackend

Hollandiya Srebrenitsa qətliamına görə sülhməramlılardan ÜZR İSTƏDİ

Hollandiya Srebrenitsada soyqırımın qarşısını almadığı üçün sülhməramlılardan üzr istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumatda bildirilir ki, Hollandiya hökuməti rəsmi olaraq 1995-ci ilin iyulunda Bosniya müharibəsi zamanı Srebrenitsadakı soyqırımın qarşısını almamaqda günahlandırılan yüzlərlə BMT sülhməramlıları qarşısında üzr istəyib.

Həmin vaxt 350-yə yaxın müsəlman kişi və oğlan pis rəftardan və edamdan xilas olmaq şansından məhrum edilib.

Baş nazir Mark Rutte etiraf edib ki, qoşunlar kifayət qədər atəş gücü və canlı qüvvənin olmaması səbəbindən Bosniya serbləri tərəfindən əsir götürülüb.

Hollandiya Ali Məhkəməsi 2019-cu ildə qərar verib ki, Srebrenitsa yaxınlığındakı BMT bazasından qovulan müsəlman kişilərin ölümünə görə ölkənin qismən məsuliyyəti var.

Sülhməramlılar, Hollandiya hökuməti və BMT Srebrenitsa soyqırımında məsuliyyət daşıdıqlarına görə ağır tənqid edilib.

8000-dən çox müsəlman kişi və oğlan soyqırımda, insanlığa qarşı cinayətlərdə günahkar olaraq “Bosniya qəssabı” Ratko Mladiçin başçılıq etdiyi Bosniya serb qüvvələri tərəfindən öldürülüb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*