Daha bir ölkədə “Qurani-Kərim” təhqir olunub.
KONKRET.az xəbər verir ki, Hollandiyalı ultramillətçi Edvin Vaqensveld Quranı təhqir edib. Ultra-millətçi bütpərəst Utrextdə Quranı təhqir etmək üçün ictimai aksiya keçirib.
O, bir Quranın üzərində dayanıb, ayaqları ilə onu tapdalayıb, ikinci Quranı isə cırıb İslam əleyhinə şüarlar səsləndirib.
Vaqensveld müsəlmanların müqəddəs kitabına qarşı aksiyanın keçirilməsinə icazə və köməyə görə Utrext merinə və polisə təşəkkür edib.
Xuraman Etibarlı,
KONKRET.az

Quran allahın deyilmi? Qoy allah da cəzasını versin.