Hollivud aktyoru Cey Conston SAXLANILDIbackend

Hollivud aktyoru Cey Conston SAXLANILDI

“Mr. Show” serialı və “Bob’s Burgers” cizgi filmindəki  rolları ilə tanınan amerikalı komediya aktyoru Cey Conston saxlanılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) onu Konqres Binasına hücumda iştirakda günahlandırır.

Qeyd olunub ki, Ədliyyə Departamenti Constonun 6 yanvar 2021-ci ildə Konqres Binasının ərazisində olması ilə əlaqədar ona qarşı ittiham irəli sürüb.

Məlumata görə, aktyor Los-Ancelesdə həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*