“Hörümçək Adam” olmaq istəyən uşaqlar xəstəxanalıq oldubackend

“Hörümçək Adam” olmaq istəyən uşaqlar xəstəxanalıq oldu

Boliviyada üç qardaş “Hörümçək Adam”ın (Spider Man) gücünə sahib olmaq üçün olduqca zəhərli “qara dul” hörümçəyin onları dişləməsinə şərait yaradıblar.

KONKRET.az “New York Post”-a istinadən xəbər verir ki, səkkiz, on və on iki yaşında olan qardaşlar həşəratı çubuqla “narahat ediblər”. Bu zaman hörümçək onların üçünü də dişləyib.

Zəhərlənən uşaqlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ilan zəhərindən beş dəfə güclü zəhərə malik olan “qara dul” yalnız özünü müdafiə etmək məqsədilə hücuma keçir.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*