Hraparak: “Paşinyan qanundan yayınmağın yollarını axtarır və sabiq hakimiyyəti günahlandırmağa çalışır”backend

Hraparak: “Paşinyan qanundan yayınmağın yollarını axtarır və sabiq hakimiyyəti günahlandırmağa çalışır”

“Ermənistan rəsmiləri 44 günlük müharibənin şərtlərini öyrənmək üçün komissiya yaradıldığını elan etsə də, bunun nə zaman fəaliyyətə başlayacağı bilinmir”.

KONKRET.az xəbər verir ki, bu brədə “Hraparak” qəzeti məlumat dərc edib.  Qəzetin iddiasına görə, Paşinyan mümkün qədər geniş bir format yaratmaq istəyir. Belə ki, yaradılan komissiyaya parlamentdən kənar qüvvələrin nümayəndələrini, ölən və itkin düşən hərbçilərin qohumlarını komissiyaya daxil etmək niyyətindədir. Məqsəd isə birdir – mümkün qədər öz adamlarını komissiyaya cəlb etmək və baş verənlərdə keçmiş hakimiyyəti günahlandırmaq.

Qəzetin yazdığına görə, belə bir komissiyanın yaradılması qanuna ziddir. Çünki, hər kəs dövlət sirri təşkil edən məlumatların içərisinə daxil edilə bilməz.

“Hraparak”ın məlumatına görə, Aprel müharibəsinin şərtlərini araşdıran Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komissiyası idi. Lakin bir il yarımlıq fəaliyyətdən sonra hesabat dərc olunmadı. Qəzet öz etibarlı mənbələrinə əsasən iddia edir ki, Paşinyan indi qanundan yan keçməyin yollarını axtarır və buna görə də, geniş formatda komissiya qurmağı tapşırıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*