Hrayr Jepejyan: “Ermənistan-diaspor münasibətlərində çatlar dərinləşib”backend

Hrayr Jepejyan: "Ermənistan-diaspor münasibətlərində çatlar dərinləşib"

“Ermənistanla diaspor arasında çox ciddi ziddiyyətlər və qarşıdurmalar yaranıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanda Bibliya Cəmiyyətinin Ərəb körfəzi ölkələrinin baş katibi, Küveytdə yaşayan erməni Hrayr Jepejyan bildirib.

“Bu gün diasporu aşağılamağa cəhdlər getdikcə artır. Onu da xatırlayıram ki, 1990-cı illərdə Ermənistan-diaspor əlaqəsi çətin idi. Həyat tərzi və düşüncə fərqlilikləri var idi, lakin zaman keçdikcə bütün bunlar həll olundu və biz bir-birimizi daha yaxşı başa düşməyə başladıq. Bütün bunlarda Diaspor Nazirliyinin də mühüm rolu olub. Hər şey asan başlamadı, amma zaman keçdikcə biz bir-birimizi yavaş-yavaş başa düşə bildik, lakin təəssüf ki, 2018-ci ildən sonra, xüsusən də 2020-ci ildən başlayaraq Ermənistan-diaspor münasibətlərində çatlar yarandı, biz bir-birimizdən uzaqlaşdıq və bu gün də biz lazım olan yerdə deyilik.

Mən başa düşürəm ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Bu baxımdan onun Türkiyə və Azərbaycanla münasibətləri normallaşmalıdır. Amma bu o demək deyil ki, biz kollektiv kimliyimizi, yəni tariximizi tərk etməliyik.

Məşhur bir deyim var: bir əllə əl çalmaq olmaz. Bu baxımdan iki dövlət arasında münasibətlərdə hər iki tərəf eyni zamanda təşəbbüs göstərməlidir. Ermənistan sülh istəyir, amma biz bunu Azərbaycandan görmürük. Lakin sülh qarşılıqlı hörmət əsasında əldə oluna bilər.

“Ermənistan öz vətənindən kənarda ən böyük diaspora malik ölkələrdən biridir, bu isə o deməkdir ki, ermənilərin əksəriyyəti xaricdə yaşayır və buna görə də bizim diasporda təkcə maddi, iqtisadi deyil, həm də insan resursları baxımından böyük potensialımız var. çünki hər bir diaspor ermənisi yaşadığı ölkənin təcrübəsini də daşıyır. Bu, Vətənə gətirilsə, bizim böyük potensialımız olar. Bizim kollektiv maraqlarımız bunu tələb edir.

Ermənistan təbii sərvətlərə malik olmayan ölkədir: qaz, neft və s. kimi sərvətlərimiz yoxdur. Amma ölkəmizin yumşaq gücü varr, o cümlədən diaspor gücü”, – deyə Hrayr Jepejyan izah edib.

Erməni alim Ermənistan-diaspor birliyini gələcək uğurların qarantiyası hesab edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*