Hulusi Akar Əfqanıstana görə generalları TOPLADIbackend

Hulusi Akar Əfqanıstana görə generalları TOPLADI

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılığı ilə Əfqanıstandakı son vəziyyətin müzakirəsi üçün müşavirə keçirilib.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, müşavirə videokonfrans formatında gerçəkləşdirilib.

Müşavirədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər, Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz, həmçinin Əfqanıstandakı Türkiyə hərbi missiyasının komandanı iştirak edib.

Bildirilib ki, Türkiyə hərbçilərinin təhlükəsizliyi prioritet təşkil edir. Əfqanıstandakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, hadisələrin inkişafının izləndiyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*