Hulusi Akar: “İraqın şimalındakı antiterror əməliyyatının birinci hissəsi başa çatıb”backend

Hulusi Akar: "İraqın şimalındakı antiterror əməliyyatının birinci hissəsi başa çatıb"

“Pənçə-Kilit” əməliyyatının birinci hissəsi başa çatıb”.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Son dərəcə əhatəli bir plan icra edildi. Əsgərlərimizin ovaqtı yüksəkdir. Çətinliklərə baxmayaraq hədəfə çatdıq. Bu birinci səhifədir. Əməliyyatlar davam edəcək. Mağaralarda və sığınaqlarda gizlənən terrorçular təmizlənməlidir. Birinci hissə tamamlandı”, – nazir qeyd edib.

H.Akar əməliyyat nəticəsində baş leytenant Ömər Delibaş və leytenant Kaan Kanlıkuyunun şəhid olduqlarını bildirib: “Terrorçular son dərəcə çıxılmaz vəziyyətə düşüblər. Terrorçular prosesi yalanlar, xəyallarla idarə etməyə çalışırlar. Hansı daşın altında gizlənsələr belə xilas ola biləyəcəklər. Geri addım atacağımızdan söhbət gedə bilməz. Əməliyyat uğurla davam edir. Məqsədimiz millətimizi terror bəlasından xilas etməkdir. Bugünədək 30 terrorçu zərərsizləşdirlib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*