Türkiyə Silahlı Qüvvələri indiyədək 36 min 509 terrorçunu zərərsizləşdirib.
KONKRET.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“21 iyul 2015-ci il bizim üçün əlamətdar bir hadisədir. Bir həll prosesi oldu. TSQ böyük mehribanlıq və səbirlə onlara təslim olma fürsəti verdi. Təəssüf ki, bunu zəiflik kimi qəbul edərək müxtəlif qırğınlara başladılar. O gündən indiyədək 36 min 509 terrorçu zərərsizləşdirilib. Yanvar ayına olan məlumata görə, 3 min 240 terrorçu zərərsizləşdirilib”.
Nazir terror təşkilatının kimyəvi silah iddiasına çox sərt reaksiya verib.
“Dağılma və itkilər başlayanda yalana, böhtana əl atırlar. Bu, iddia deyil, alçaq böhtandır. Bunu bilənlər buna gülür. Biz həqiqətən də terrorla mübarizə tariximiz boyu beynəlxalq hüququn tərəfində olmuşuq. Günahsız insanlara zərər verməmək üçün əlimizdən gələni edirik. Biz qonşularımızın suverenlik hüquqlarına hörmətlə yanaşırıq”, – deyə o bildirib.
İqbal Rzayev,
KONKRET.az
