Hürkmüş xəstə reanimasiyadan qaçdı - Xəstəxananın həyətində öldü
800
Konkret.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, dəhşətli hadisə Kostanaydakı tibb müəssisələrindən birində baş verib.
30 yaşlı yerli sakin təcili yardım maşını ilə Mailin küçəsində yerləşən Dəmiryol Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Xəstə təcili əməliyyat olunub, bundan sonra həkimlər onu palataya köçürüblər.
Narkozdan ayılan xəstə nevroloji şok yaşayıb, yataqdan qalxaraq pəncərədəki toru sındırıb və tibb müəssisəsindən qaçmağa cəhd edib. Xəstə çox zəif olduğundan oradan uzaqlaşa bilməyib. Xəstəxanadan yüz metr məsafədən sonra yolda keçinib.