“Səudiyyə Ərəbistanı ABŞ-a Yəmənə zərbələr endirməkdə kömək etsə, yenidən husi üsyançıları üçün hərbi hədəfə çevrilə bilər”.
KONKRET.az Bloomberg-ə istinadla xəbər verir ki, bunu Yəmən husilərinin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib.
O bildirib: ki, bu halda Səudiyyə Ərəbistanı hədəf ola bilər:
“Biz Səudiyyə Ərəbistanına mesaj göndərmişik ki, əgər o, Amerika qırıcılarına Yəmənə qarşı təcavüz üçün öz ərazisindən və ya hava məkanından istifadə etməyə icazə verərsə, hədəf olacaq”
Yəməndə silahlı münaqişə 2014-cü ilin martından davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən hökumət qüvvələrinə ölkənin bir hissəsinə nəzarət edən husilərlə (“Ənsarullah”) qarşıdurmada dəstək verir.
