Husilər Səudiyyəyə raket yağdırdı: Hərbi baza vuruldubackend

Husilər Səudiyyəyə raket yağdırdı: Hərbi baza vuruldu

Yəməndəki Husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən hərbi bazaya ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiklərini açıqlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Husilərin hərbi qüvvələrinin rəsmi nümayəndəsi, general Yəhya Səri məlumat yayıb.

Onun sözlərinə görə, Şərurə bölgəsindəki hərbi bazaya genişmiqyaslı raket və PUA hücumu həyata keçirilib. Zərbələrin əsas hədəfi silah anbarları və komanda-idarəetmə məntəqələri olub.

Səri hücum zamanı çoxsaylı ballistik raket və pilotsuz uçuş aparatından istifadə edildiyini, zərbələrin müəyyən edilmiş hədəflərə çatdığını iddia edib.

Hüsi rəsmisi bildirib ki, hücum Səudiyyənin Yəmənə qarşı davam edən hərbi əməliyyatlarına cavab olaraq həyata keçirilib. O, hücumların davam edəcəyi təqdirdə Səudiyyə ərazisinin daha dərinliklərinə zərbələrin endiriləcəyi barədə xəbərdarlıq edib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*