Husilər Təl-Əvivə hücum etdibackend

Husilər Təl-Əvivə hücum etdi

Husilər Təl-Əviv və Eylat şəhərlərindəki hədəflərə raket və PUA-larla hücum edib.

KONKRET.az xəbər verir ki, bunu husilərin rəsmi nümayəndəsi Yəhya Səriya deyib.

Y.Səriya qeyd edib ki, üsyançıların silahlı qüvvələri iki hərbi əməliyyat həyata keçirib. İlk əməliyyat zamanı iki raket ataraq Təl-Əvivdə İsrailin iki hərbi hədəfini vurublar.

Eyni zamanda, husilər “Jaffa” və “Samad-4” PUA-larından istifadə edərək Təl-Əviv və Eylat şəhərlərindəki hədəflərə zərbələr endiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*