Husilərin mövqelərinə hava zərbələri endirilibbackend

Husilərin mövqelərinə hava zərbələri endirilib

ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri oktyabrın 23-ü axşam saatlarında Yəmənin qərbində, ölkənin şimalında husilərin Ənsar Allah hərəkatının nəzarətində olan Hudeyda şəhərinin beynəlxalq hava limanına hava zərbəsi endirib.

KONKRET.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, zərbələr Hodeyda əyalətinin hava məkanında intensiv uçuşlardan sonra endirilib. Oktyabrın 18-də Amerika və Böyük Britaniyaya məxsus döyüş təyyarələri Hudeyda əyalətinin 70 kilometr şimal-qərbində yerləşən As Salif rayonundakı Ras İsa sahil qəsəbəsində Ənsar Allah hədəflərinə iki zərbə endirmişdi.  İlin əvvəlindən ABŞ və Böyük Britaniya husilərin Qırmızı dəniz və Bab əl Məndeb boğazından keçən gəmilərə hücumlarına cavab olaraq Yəmənə qarşı zərbələr endirib. Husilər isə  hücumları Qəzza zolağında fələstinlilərə dəstək vermək və İsraildən Fələstin anklavında hərbi əməliyyatları dayandırmağı tələb etmək üçün təşkil ediblər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*