İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 8 milyon manatlıq avtomobil alırbackend

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 8 milyon manatlıq avtomobil alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 65 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

KONKRET.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Abşeron Avtomobil Mərkəzi” MMC-dir.

Qalib şirkətə 7,909 milyon manat ödəniləcək. Başqa sözlə, avtomobilin biri təxminən 122 min manata başa gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*