Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevin azad edilən ərazilərə mütəmadi səfərlərini yüksək qiymətləndirdibackend

Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevin azad edilən ərazilərə mütəmadi səfərlərini yüksək qiymətləndirdi

“Budəfəki səfər zamanı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən böyük quruculuq işlərinin şahidi olduq”.

KONKRET.az xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Bu yerlərin çox gözəl olduğunu vurğulayan ICESCO-nun Baş direktoru artıq xarici ölkələrdən də çox sayda insanın buraya gəlmək istədiklərini bildirib. Bu baxımdan Salim bin Məhəmməd əl-Malik dövlət başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərini və bu səfərlər zamanı məscidləri ziyarətini, insanlarla görüşlərini, orada çalışanlara verdiyi mənəvi dəstəyi yüksək qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*