İcra başçıları arasında amansız yarış başladı: Kim qazanacaq?backend

İcra başçıları arasında amansız yarış başladı: Kim qazanacaq?

Payızda ölkədə referendum keçiriləcəyi və Konstitusiyanın dəyişdiriləcəyilə bağlı xəbərlər intensiv xarakter almaqdadır. Konstitusiya islahatları nəticəsində icra hakimiyyətlərinin ləğv olunacağı, Milli Məclisdə deputat yerlərinin sayının 151-ə çatdırılacağı da gələn məlumatlar arasında yer alır.

KONKRET.az xəbər verir ki. Konstitusiya dəyişikliklərindən sonra ənənəvi idarəçilik mexanizmindən imtina olunacağına dair iddialar mövcuddur. Məlumatlara görə, icra hakimiyyətləri ləğv olunacaq, ölkə 14 inzibati rayona bölünəcək.

Qeyd edək ki, hazırda məzuniyyətdə olan icra başçılarının təcili işə çağırıldığı barədə xəbərlər yayılıb. Onların payızda keçirilməsi nəzərdə tutulan ümumxalq referendumu ilə bağlı bir sıra vacib tapşırıqların icrası ilə məşğul olduqları bildirilir.

Məlumat üçün bildirək ki, hazırda ölkədə 80 icra başçısı var. Onların 66-sı kənd, 14-ü isə şəhər və şəhər tipli rayonlara rəhbərlik edir. Nəzərdə tutulan Konstitusiya islahatlarından sonra onların hamısı vəzifəsini itirəcək. İcra başçılarını Prezidentin xüsusi nümayəndələri əvəzləyəcək. Xüsusi nümayəndələr 14 inzibati bölgə üzrə fəaliyyət göstərəcək.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Konstitusiya islahatlarına qeyri-rəsmi qaydada start verilməsi icra başçıları arasında rəqabəti gücləndirib. Vəzifədən getmək təhlükəsi ilə üzləşən “kiçik padşah”lar arasında amansız mübarizə başlayıb. Onlar özlərinin “bacarıqlı rəhbər” imicini yaratmaq üçün gecə-gündüz çalışır, ağlasığmaz üsullara əl atır, yaxın KİV-lərdə öz piarlarını aparırlar. Son vaxtlar icra başçılarının ictimaiyyət arasında tez-tez görünməsi, həssas təbəqə nümayəndələri ilə sıx-sıx görünmələri də bu amillə bağlıdır.

Məlumatlı şəxs bildirib ki, Konstitusiya islahatları nəticəsində iş yerini itirəcək 80 icra başçısının böyük əksəriyyətinə təkrar etimad göstərilməyəcək. Onun sözlərinə görə, icra başçılarının yarıtmaz fəaliyyəti üzündən dəyişikliklərə gedildiyi üçün bu adamların yenidən vəzifəyə – Prezidentin xüsusi nümayəndəsi kimi vacib və strateji posta təyin edilməsi mümkün deyil.

  • Pərviz
    Avqust 11, 2023 - 19:56

    bu icra başçıları nəyə lazımdır icra onsuzda vətəndaşın problemini həll etmir (yada icraya yada başqa qruma tabe olanlar icranı saymır nümunə GƏTİRRƏM) necə ki mən 2 ci Qarabağ savaşı qazisiyəm Saatlı rayon Dədə -Qorqud kənd bələdiyyəsi Rəşidov Nazim 2 ildən çoxdur ki, mənim və qardaşımın torpaqin vermir Bələdiyyə Rəşidov Nazim özü 100 hektarlarnan yer əkir yada Ona-buna arendaya verir. Saatlı rayon icra başçısı Elmir müəllim mənim yanımda icrada qəbulda olanda Rəşidov Nazimə tapşırıq verdiki 2 qardaşın torpaqin ver bunlar ikisidə hərbiçi olub qardaşım hal hazırda xidmətdədir 16ci ilidir özümdə 10 il xidmət etmişəm müharibədə yaralandiqim üçün ordudan təxris etdilər. Dəfələrlə Nazim müəllimə zəng etməyimə baxmayaraq telefonda acıqlı cavab verib yada telefonu üzümə söndürüb . Əvvəl deyirdi torpaq yoxdu Saatlı rayon icra başçısı Elmir müəllim ona tapşırıq verəndən sonra söhbəti forlatmaqa başladı indidə infak keçirib əlində əsaslı kozu var xəstə adam necə olur ki bələdiyyədə işləyə bilir. Yani mən rüşvət versəydim çoxdan torpaq almışdım.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*