İcra Başçısı Ayaz Əsgərov Yardımlıya çılçıraq quraşdırır – 222 min AZN-lik müqaviləbackend

İcra Başçısı Ayaz Əsgərov Yardımlıya çılçıraq quraşdırır - 222 min AZN-lik müqavilə

Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı Şəhər ərazi Nümayəndəliyinin Müxtəlif abadlıq-bərpa işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

KONKRET.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “KASPİAN STANDART” MMC olub . Tərəflər aradında 222.114,21 AZN-lik müqavilə imzalanacaq.

Tenderə əsasən 3-cü qr torpağın əl ilə qazılması, çalaların əl ilə doldurulması, beton bünövrənin düzəldilməsi, polad işıq dirəklərin quraşdırılması 2 başlıqlı, çilçıraqların qoyulması: lüminisent lampalı və s işlər görülməlidir.

Bildirək ki, Nizamnamə kapitalı 10 AZN olan  “KASPİAN STANDART” MMC-nin qanuni təmsilçisi FUAD NƏSRULLAYEV NAZİM OĞLUdur.

Xatırladaq ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*