İcra başçısı şöbə müdirini işdən çıxardıbackend

İcra başçısı şöbə müdirini işdən çıxardı  

Göygöl Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.

KONKRET.az Modern.az-a istinadla xəbər verir ki, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Rzayev vəzifəsindən azad edilib.

Müvafiq əmr rayonun icra başçısı Vüqar Novruzov tərəfindən imzalanıb. Şöbə müdiri vəzifəsinə hələlik təyinat olmayıb.

Ariz Rzayevin adı artıq İcra Hakimiyyətinin rəsmi saytından da çıxarılıb.

Qeyd edək ki, Vüqar Novruzov ötən ay Göygöl rayonuna icra başçısı təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*