İcra başçısının da oğlu könüllü orduya yazıldı – FOTObackend

İcra başçısının da oğlu könüllü orduya yazıldı - FOTO

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə Azərbaycan Ordusunda könüllü hərbi xidmət üçün qeydiyyatdan keçib.

KONKRET.az xəbər verir ki, o bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Adil Adilzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə gedərək qeydiyyatdan keçib.

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun da iki oğlu – Tale və Nicat Heydərovlər könüllü hərbi xidmət üçün qeydiyyatdan keçdikləri haqda paylaşım ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*