İcra Hakimiyyətindən qalmaqallı görüntülərlə bağlı AÇIQLAMA – VİDEObackend

İcra Hakimiyyətindən qalmaqallı görüntülərlə bağlı AÇIQLAMA - VİDEO

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin rayonun Uzuntala kəndinin sakinləri ilə görüşündə etdiyi diqqətsizliklə bağlı məsələyə aidiyyəti qurum reaksiya verib.

KONKRET.az xəbər verir ki, icra hakimiyyətinin şöbə müdiri Elsevər Qumuxov bildirib ki, həmin kənddə qapalı məkan olmadığından səyyar görüş açıq havada keçirilib:

“Hava şəraiti qeyri-sabit idi. Həmin kənddə ibtidai siniflər üçün nəzərdə tutulmuş məktəb var. İclasda həmin məktəbin stulları yerləşdirilib”.

“Qurum rəhbərlərinə stul tapıldı, vətəndaşlara tapılmadı?”- sualına isə sözügedən şəxs təkidlə “vətəndaşlara da stul verilib” cavabını verib.

Xatırladaq ki, ötən gün Oxu.az mövzu ilə bağlı xəbər dərc etmişdi. Qeyd edilmişdi ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev görüşdə özü və ətrafındakı vəzifəli şəxslərə (rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumlarının rəhbərləri) kölgədə yer rahatladığı halda, onun qəbuluna yazılan Uzuntala kəndinin sakinləri saatlarla günəşin altında, bağçalarda körpələr üçün nəzərdə tutulan stullarda oturmaq məcburiyyətində qalıblar.

Ətraflı Baku TV-nin süjetində:

  • Ramin
    May 25, 2024 - 14:31

    “İnsan” nə qədər həyasız olarmış….ibtidai siniflərdə məyər bu kimi rəngli stullardan istifadə edilir? Bu rəngli stullar bağçalarda uşaq psixologiyasına görə istifadə edilir….ortada sübu bir şəkil var,üzr istəmək əvəzinə,yenə də dil ağıza qoymurlar…..şəkil olmasaydı ,inanın ki açıqlama verəcəkdilərki “əhali o qədər bizdən üstündür ki ,tank üstündə otuzdurmuşduq, və maraqla bizi dinləyirdilər” ….və inanıram ki , günün birində belə də açıqlama verən olacaq !!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*