İctimai fəalların səmimiyyətsizliyi və ya Ruslan İzzətlinin etiraf qorxusu?backend

İctimai fəalların səmimiyyətsizliyi və ya Ruslan İzzətlinin etiraf qorxusu?

Cari ilin may ayından “D-18” hərəkatının sıravi üzvü, sabiq sədri Ruslan İzzətli qurumun idarə heyətinin yekdil qərarı əsasında təşkilatdan qovulub. Bununla bağlı hərəkatın hazırkı sədri Əhməd Məmmədli tərəfindən Ruslan İzzətliyə sosial şəbəkə vasitəsilə bildiriş göndərilsə də, hadisədən bir ay vaxt keçməsinə baxmayaraq ictimaiyyətə mövcud vəziyyətə dair hər hansı bir açıqlama verilməyib. Xəbər portallarında Ruslan İzzətlinin hərəkatdan qovulma səbəbi gündəm olmaqla yanaşı, Əhməd Məmmədli və digər üzvlərin səmimiyyətsizliyi də diqqət çəkən məqamlardandır. Belə ki, hərəkatın qadın üzvləri, eyni zamanda qadın ictimai fəallara qarşı nalayiq hərəkətlər etməkdə ittiham olunan İzzətli iddiaları əsassız hesab etdiyini və bütün bunların hakimiyyətin trol şəbəkəsinin fəaliyyəti ilə əlaqələndirdiyini bildirib.

Əhməd Məmmədli isə hərəkatın yekun qərarını, R.İzzətlinin qovulması faktını etiraf etməkdən yayınır. Bəs ictimai fəalların səmimiyyətsizliyi, Ruslan İzzətlinin yaratdığı təşkilatdan qovulduğunu etiraf etmək qorxusu nədən qaynaqlanır? Əgər sabiq sədr qovulmadığını iddia edirsə, bunun qarşılığında niyə əsaslı arqument təqdim etmir? Siyasi fəal öz çıxışlarında qadın azadlığı, gender bərabərliyinin vacibliyini dəfələrlə vurğulasa da, qadınlara qarşı etdiyi qısnamanı niyə boynuna almaq istəmir? Bu əməli nəticəsində təşkilat üzvlərinin qarşısında başına gələnlər axı hələ unudulmayıb. Görünür feminist fəalların hədəfinə tuş gəlməsindən, növbəti qurbanlarını ovlamaqda əngəllər yaranacağından agahdır.

Bəs özünü proqressiv hesab edən fəallar, xüsusilə “D-18” hərəkatının gənc sədri nə zaman ictimaiyyətə açıqlama verəcək? Bu sual isə hələki cavabsız olaraq qalmaqdadır. Xatırladaq ki, “D-18” bərəkatı 2013-cü ioin martın 18-dən fəaliyyət göstərməyə başlayıb. İlk sədr Ruslan İzzətli olub. 2021-ci ilin sentyabrın 18-də “D-18” hərəkatının qurultayı keçirilib. Qurultayda yeni sədr Əhməd Məmmədli seçilib. Ruslan İzzətli isə sıravi üzv kimi fəaliyyətinə davam edirdi.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*