Bakıda kişi avtobusda xanımları belə soydu – VİDEO / YENİLƏNİBbackend

Bakıda kişi avtobusda xanımları belə soydu - VİDEO / YENİLƏNİB

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Cəlil Səmədov tutularaq istintaqa təqdim edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı Cəlil Səmədovun paytaxtın Nizami, Sabunçu və Binəqədi rayonlarında müxtəlif marşrutlarla hərəkət edən avtobuslarda qadınların çantalarından mobil telefonlar oğurladığı müəyyən edilib. Onun həmçinin ticarət mərkəzlərində insanların sıxlığı müşahidə edilən yerlərdə də cibgirliklə məşğul olduğu məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınması müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Cəlil Səmədovun paytaxt ərazisində hələlik 7 nəfərə qarşı cibgirlik etdiyi subuta yetirilib.

Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.

10:49

İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Nizami və Binəqədi rayonları ərazisində marşrut avtobuslarında 3 qadının mobil telefonlarını ciblərindən oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər də oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Cəlil Səmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*