İctimai WİFİ-lar niyə işləmir? — FOTOLARbackend

İctimai WİFİ-lar niyə işləmir? — FOTOLAR

Bu problemlə şəhərin müxtəlif yerlərinlə rastlaşmaq mümkündür. Amma biz başlayaq Xaqani parkından. Parkda insanların istirahət etməsi üçün hər şərait var. Hətta burada dincələn insanları düşünüb ərazini pulsuz internetlə təmin də ediblər. Amma zamanında. İndi bu sistem demək olar ki, işləmir. 

Paytaxt sakinləri bu haldan narazıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Demokrat.az sorğu keçirib. Sorğuda da bu narazılığı müşahidə olunub.

“Bəzən olur ki, məcburi hallarda internet lazım olur. İnternet paketi bitir. Burada plakatlar olmasına rəğmən, nəsə problem yaranır son zamanlarda”.

“İnternet bizə lazım olur da, yəni istifadə eləmək məcburiyyətində qalırıq. Kontur olmur, məcburuq, internetdən istifadə edək. Plakatlar var, gəlirik ki, internetdən istifadə edək, amma  plakatların olmasına baxmayaraq, demək olar ki, internet mövcud deyil, heç bir şəkildə istifadə eləmək olmur”.

Analoji vəziyyət Qış parkında da hökm sürür. Burada da pulsuz internetə dair lövhələrə rast gəlinsə belə, sistem işləmir. Bir sözlə, adı var, özü yox.

Məsələ ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC-dən bildirildi ki, xidmətlərin optimallaşdırılması məqsədilə ictimai “wi-fi”ların mövcud olduğu ərazilərdə istifadə üzrə monitorinq işləri aparılıb. Daha çox tələbatın olduğu ərazilər istisna olmaqla, Qış parkı, Sabir bağı, Zabitlər parkı, Xaqani bağı, Hüseyn Cavid parkı, Axundov bağı, İzmir parkı və bir sıra istirahət yerlərində iyunun 29-dan etibarən internet xidmətin dayandırılması haqqında qərar qəbul edilib.

Qurumun açıqlamasında belə aydın olur ki, sözügedən ərazilərdə pulsuz vayfaya elə də ehtiyac yoxdur. Maraqlıdır, “Bakı Telefon Rabitəsi” MMC hansı əsasla belə qənaətə gəlib? Məqsəd vətəndaşlara xidmətdirsə, bəs onda onların narazılığı və ya şikayəti niyə nəzərə alınmır? Müraciətlər pulsuz vayfaylara tələbatı müəyyən edən göstərici deyilmi?! Suallar çoxdur, inanmaq istəyirik ki, aidiyyatı qurumlar bu suallar haqda düşünəcək və analoji addım atacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*