İdmançılarımızın yeni reytinq cədvəli açıqlandı – SİYAHIbackend

İdmançılarımızın yeni reytinq cədvəli açıqlandı - SİYAHI

Azərbaycan idmançılarının 2026-cı ilin avqust ayı üçün reytinq cədvəli açıqlanıb.

KONKRET.az xəbər verir ki, Yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) birinci sıradakı mövqeyini qoruyub.

Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə qərarlaşıb. Digər sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk “üçlüy”ü qapayır.

Növbəti sıralarda Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nurəddin Novruzov (sərbəst güləş, 270 xal), Qaşim Maqomedov (taekvondo, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) yer alıblar.

İdmançılarımızın yeni reytinq cədvəli açıqlandı - SİYAHI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*