“İki ildir cəhənnəmdə yaşayırıq, qondarma Ermənistan hakimiyyətinin VECİNƏ DEYİL” – İşxanyanbackend

"İki ildir cəhənnəmdə yaşayırıq, qondarma Ermənistan hakimiyyətinin VECİNƏ DEYİL" - İşxanyan

“Xəbərləri izləyirsən və heyrətlənirsən”.

KONKRET.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Avetik İşxanyan öz Facebook səhifəsində bildirib.

“Təbəssümlə yaşaya bilərsən və təbəssümlə əclaf ola bilərsən” (Uilyam Şekspir).

Xəbərləri izləyin və heyran olun. Rusiya-Ukrayna müharibəsində minlərlə əsgər və dinc sakin ölür, ailələr əziyyət çəkir, yaşayış məntəqələri dağıdılır. Və bütün bunların fonunda Ukrayna Prezidenti Zelenski yüksək rütbəli avropalı qonaqları üzündə sevinc ifadəsi, dodaqlarında geniş təbəssümlə qarşılayır.

Amma mən niyə təəccüblənirəm? İki ildən artıqdır ki, cəhənnəmdə yaşayırıq, müharibədə minlərlə insanı, yaşayış məntəqəsini itirmişik. Təkcə bu il, iki ay əvvəl yüzlərlə ölü, tərk edilmiş, dağıdılmış yaşayış məntəqələrimiz var.

Qondarma Ermənistan hakimiyyəti isə bütün bunlara əhəmiyyət vermir. Baş nazir xoşbəxt təbəssümlə başqa ölkələrin rəhbərləri ilə görüşür, düşmənlə nahar edir.

Baş nazirin arvadı “Ledi Makbet” dünyanın dörd bir yanına xoşbəxt səfərlər edir, gülümsəyən fotolar dərc edir.

Sərhədlərə cavabdeh olan müdafiə naziri həm möhtəşəm toy edir, həm də nümayəndə heyətlərini gülərüzlə qəbul edir. İrəvan meriyası isə Yeni ili geniş miqyasda qeyd etməyə hazırlaşır”,- deyə o yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*