İki taekvondoçumuz Avropa çempionu oldu – FOTObackend

İki taekvondoçumuz Avropa çempionu oldu - FOTO

Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.

KONKRET.az Azərbaycan Taekvando Federasiyasına istinadən xəbər verir ki, yarış Azərbaycan idmançıları üçün uğurlu olub.

Baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan hər iki taekvondoçumuz vətənə qızıl medalla qayıdacaq. Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*