İki təyyarə toqquşdu – 3 pilot öldübackend

İki təyyarə toqquşdu - 3 pilot öldü

Avqustun 25-də Ukraynanın Jitomir vilayətində iki L-39 döyüş təlim təyyarəsi toqquşub.

KONKRET.az xəbər verir ki, məlumatı Ukrayna Milli Təhqiqatlar Bürosu yayıb.

Qəza nəticəsində üç pilot həlak olub. İlkin məlumata görə, toqquşma uçuş təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib.

“Döyüş tapşırığı zamanı Jitomir yaxınlığında səmada iki L-39 döyüş təlim təyyarəsi toqquşub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin üç pilotu həlak olub”, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, L-39 Çexoslovakiyanın “Aero Vodochody” şirkəti tərəfindən istehsal edilən təlim və yüngül döyüş təyyarəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*