İlham Əliyev: “Hadisələr göstərdi ki, nə Bakı, nə də İrəvan genişmiqyaslı eskalasiya istəmir” – VİDEObackend

İlham Əliyev: "Hadisələr göstərdi ki, nə Bakı, nə də İrəvan genişmiqyaslı eskalasiya istəmir" - VİDEO

“Hadisələr göstərdi ki, nə Bakı, nə də İrəvan genişmiqyaslı eskalasiya istəmir”.

KONKRET.az xəbər verir ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

Sərhəddə atəşkəs rejiminə riayət olunması onu deməyə əsas verir ki, nə Ermənistan, nə də Azərbaycanın genişmiqyaslı eskalasiya niyyəti olmayıb.

Əliyev həmçinin Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə operativ reaksiyaya görə Putinə minnətdarlığını bildirib.

“Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin gərginləşməsinə, eskalasiyasına operativ reaksiyaya görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Toqquşma səkkiz saatdan az davam edib və onların dayanması Ermənistan tərəfi atəşkəs rejimini dərhal yerinə yetirməyə başlamasa da, ümumilikdə iki günə yaxındır ki, atəşkəsə əməl olunur. Bu, ondan xəbər verir ki, nə Ermənistan, nə də Azərbaycanın geniş miqyaslı eskalasiya ilə bağlı heç bir niyyəti olmayıb”, -deyə Əliyev bildirib.

Dövlət başçısı əlavə edib ki, Ermənistanla sərhəddə baş verən son hadisələrdə hər iki tərəfdən çoxsaylı itkilər olub.

“Hazırda sahələrdən aldığım məlumata görə, dediyim kimi, iki günə yaxındır vəziyyət stabildir, indi əsas odur ki, başlayan münasibətlərin normallaşması prosesini pozmamaq və bu istiqamətdə hərəkət etməkdir”, – Azərbaycan Prezidenti vurğulayıb.

Əliyev Rusiyanın buna yönəlmiş, o cümlədən üçtərəfli komissiya çərçivəsində səylərini alqışlayıb. “Bir daha demək istəyirəm ki, Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün hər şeyi edəcəyik”, – deyə o, fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*