İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında – FOTOLARbackend

İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTOLAR

Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birinci vitse-prezidentə tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Burada yeni avtomobil dayanacağı, mərasim zalları və digər yerlər inşa olunacaq.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*