İlham Əliyevin bu mesajı erməniləri qorxuya salıb – Azərbaycan qorxulu silahlar istehsal edəcəkbackend

İlham Əliyevin bu mesajı erməniləri qorxuya salıb - Azərbaycan qorxulu silahlar istehsal edəcək

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verərkən toxunduğu aktual mövzulardan biri də bizim hərbi sənaye kompleksimizin ixrac imkanları ilə bağlı idi.

Ölkəmizin geosiyasi imkanlarını daha da genişləndirəcək ixracyönümlü yerli hərbi sənaye məhsullarının istehsalı yaxın illərdə dövlət büdcəmizə yüz milyonlarla dollar səviyyəsində gəlir gətirmək potensialına malikdir.

“Biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq”, – deyən prezident İlham Əliyev çox həssas məqamda yeni iqdisadi imkanları ən düzgün şəkildə qiymətləndirib.

16 dekabr 2005-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi bu sahəyə cavabdeh olan dövlət qurumudur.

Hazırda respublikamızda hərbi-sənaye təyinatlı 23 müəssisə fəaliyyət göstərir ki, onlar da 200 adda müxtəlif növ silah və sursatların, optik cihazların, minaların, aviasiya bombalarının, zirehli maşınların, pilotsuz uçuş aparatlarının və digər hərbi və mülki təyinatlı avadanlıqların istehsalı uğurla həyata keçirilir.

Əgər 2010-cu ilədək bizim müəssisələr daha çox xarici şirkətlərlə əməkdaşlıq əsasında uyğunlaşdırılmış məhsullar istehsal edirdilərsə, son 10 il ərzində sırf yerli məhsulların istehsalı tam təmin edilib.

Bu yöndə Türkiyə, İsrail, Cənubi Afrika Respublikası, Pakistan, Serbiya, Rusiya, Ukrayna və Belarusun müdafiə sektorları ilə əməkdaşlıq uğurlu nəticələrə səbəb olub.

Ölkəmizin silahqayırma sahəsindəki böyük uğurları ilk növbədə yüksək keyfiyyətli atıcı silahlarların istehsalı ilə bağlıdır.

2008-ci ildə Azərbaycan “İstiqlal” adlı ağır kalibrli snayper tüfəngini nümayiş etdirdikdən sonra bu silahın bir neçə ölkəyə satışı təşkil olunmuşdu.

2011-ci ildən Rusiyanın silah istehsalçısı “Izhmash” şirkətinin lisenziyası əsasında “Xəzri” adı ilə AK-74M hücum avtomatının bazasında istehsalı isə bu növ atıcı silahlara olan daxili tələbatın tam ödənilməsinə səbəb olmuşdu.

Bunlardan başqa, 12,7 mm kalibrə malik olan “İST”, həmçinin 7,6 mm kalibrlik “Vaşaq” və yarımavtomat “Yırtıcı” snayper tüfəngləri, 7,62 mm kalibrli “UP” yüngül avtomatı, NATO standartlarına uyğun “İnam”, “Zəfər”, və “Zəfər K” tapançaları da istehsal etdiyimiz yüksək keyfiyyətli atıcı silahlar sırasındadır.

Milli ordumuzun güllə, qumbara və minalara olan tələbatı tam şəkildə ödənildiyindən bu növ sursatların ixracı da təşkil edilib.

Müxtəlif kalibrli minaatanlar və onlar üçün sursatlar, həmçinin artilleriya və tank mərmiləri, yeni nəsil aviasiya bombaları, reaktiv yaylım atəş sistemləri də hərbi sənayemizin uğurlu məhsullarındandır. 82 millimetrlik kalibrə malik olan 20 N5 minaatanı Yaxın Şərq və Afrika ölkələrinə uğurla ixrac edilir.

Xüsusi ilə vurğulamaq lazımdır ki, bütün bu silahlar 44 günlük müharibə zamanı stabil döyüş keyfiyyətləri nümayiş etdirərək real müharibə şəraitindəki sınaqlardan üzüağ çıxmışdı.

Bu yöndə yerli istehsalımız sayılan “Matador”, “Marauder” , “Gürzə” və “İdırım” zirehli maşınlarının hərbi əməliyyatlar zamanı şəxsi heyətin qorunması və hücum əməliyyatlarının keyfiyyətli şəkildə yerinə yetrilməsindəki əlahiddə rolundan da yazmaq lazımdır. Silahlı Qüvvələrimizdə istifadə edilən, SSRİ istehsalı olan müxtəlif tıpli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri də uğurla həyata keçirilir ki, bu işlər də hərbi sənayemizin uğurları sırasındadır.

Pilotsuz uçuş aparatların (Dronlar) və hərbi təyinatlı kvadrokopterlərin istehsalı sahəsində Azərbaycanın son illər ərzində əldə etdiyi uğurlar göz önündədir. “Orbiter”, “Aerostar-BP”, “Pegasus” və “Zərbə” tipli, yaxın və uzaq mənzilli pilotsuz uçuş aparatlarının istehsalının mənimsənilməsi bizə əlavə üstünlüklər qazandırıb. Məhz bu növ silahların yaxın zamanlarda geniş istehsalı böyük ixrac imkanlarımızdan xəbər verir.

Ümumiyyətlə, demək lazımdır ki, Müdafiə Sənayesi Nazirliyi son iki il ərzində istehsal gücünü 10 % artırmaqla yanaşı, həm də məhsulların 60 faizini ixrac etməklə dünya silah bazarında rəqabətə davamlı məhsul istehsalçısı olduğunu göstərib.

Hazırda dünya silah bazarındakı payımız elə böyük olmasa da, hər halda bu istiqamətdə aparılan məqsəd yönlü tədbirlər, silah sərgilərindəki iştiraklar, aparılan danışıqlar yeni bazarlara çıxmaq baxımından yaxın perspektivdə daha böyük əhəmiyyət kəsb edəcək. Ötən ilin sentyabr ayında paytaxtımızda keçirilmiş ADEX-2022, 4-cü beynəlxalq müdafiə sərgisi bunun əyani sübutuna çevrilmişdi.

Əsas silah ixracatçıları sayılan ölkələr isə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitunun ( SIPRI Fact Sheet) 2022-ci il üçün yaydığı məlumata əsasən belə olmuşdu:

1.ABŞ -39%

2.Rusiya -19%

3.Fransa -11%

4.Çin -4.6%

5.Almaiya -4,5%

6.İtaliya -3,1%

7.Böyük britaniya -2,9%

8.Cənubi Koreya -2,8%

9.İspaniya -2,5

10.İsrail – 2,4%

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*