Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın “RİA Novosti” dövlət agentliyinin ABŞ-ın Qarabağ ermənilərini Azərbaycanla danışıqlara başlamasa, Azərbaycanın antiterror əməliyyatı keçirəcəyi ilə hədələməsi barədə yaydığı məlumatı şərh edib.
KONKRET.az xəbər verir ki, Zaxarova bildirib ki, əgər Vaşinqtonun təzyiq faktları təsdiqlənərsə, o zaman ABŞ öz vasitəçi kimi nüfuzunu növbəti dəfə sarsıdacaq. “Vasitəçi nizamlanmaya harmoniya gətirməyə çalışan, tərəfləri barışdırmağa, dil tapmağa çalışan biridir. Yaxın tarixdə ilk dəfə olaraq belə bir məlumat görürəm ki, vasitəçi olduğunu iddia edən ölkə diər münaqişə tərəfini güc tətbiq etməklə hədələyir”, – deyə Zaxarova bildirib.
O qeyd edib ki, indi sözü ABŞ-ın özünə vermək lazımdır ki, onlar ya bunu təkzib etsinlər, ya da nə demək istədiklərini aydınlaşdırsınlar.
Natiq Səlim,
KONKRET.az

Özləri lap mələk imiş, xəbərimiz yoxmuş…