Ermənistanın Baş naziri Nikol Paşinyan 6–9 iyul tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək beynəlxalq sənaye sərgisi “İnnprom-2026” tədbirində iştirak edəcək.
KONKRET.az xəbər verir ki, Erməni KİV-lərinin yaydığı məlumata görə, Ermənistan hökumətinin başçısının adı forumun spikerləri siyahısına daxil edilib.
Forum iştirakçıları arasında Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustin də yer alır.
Qeyd edək ki, “İnnprom-2026” beynəlxalq sənaye sərgisi sənaye, texnologiya və innovasiya sahələrində əməkdaşlıq imkanlarının müzakirə olunduğu nüfuzlu platformalardan biri hesab olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
