İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirilirbackend

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçirilir.

DİM-dən KONKRET.az-a verilən xəbərə görə, imtahan saat 11:00-da başlanır və 1 saat 30 dəqiqə davam edir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı).

İmtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 27 qapalı tipli və 3 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli olmaqla 30 test tapşırığı təqdim olunur. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin nisbi balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*