İlkin hərbi qeydiyyata alınmanı hansı qurum həyata keçirəcək?backend

İlkin hərbi qeydiyyata alınmanı hansı qurum həyata keçirəcək?

Prezidentin 2023-cü ildə imzaladığı sərəncamla bu ilin iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

Bəs 9-cu sinifdə ilkin hərbi qeydiyyata alınma zamanı tibbi müayinədən keçmə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilməlidirmi?

KONKRET.az xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Pərviz Sədrəddinov saytımıza açıqlamasında məsələni aydınlaşdırıb.

“15 yaşında ilkin hərbi qeydiyyata düşmə zamanı həkim kommissiyasından keçmə bizim yerli şöbələrimizdə həyata keçiriləcək. Yəni burada prosedur əvvəlki qaydada olacaq. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi prosesdə iştirak etməyəcək”, –  P.Sədrəddinov deyib.

P.Sədrəddinov fərmanın icrasını təmin etmək məqsədilə işçi qrupunun yaradıldığını bildirib:

“Orada texniki və digər məsələlər müzakirə olunur. Bununla da cənab Prezidentin imzaladığı sərəncamda nəzərdə tutulanlar lazım olduğu formada deyildiyi vaxtda başlaya biləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*