İlon Mask 14 min işçisinə məktub göndərdi: “İşdən çıxırsınız”backend

İlon Mask 14 min işçisinə məktub göndərdi: “İşdən çıxırsınız”

Elektromobillərə tələbatın azalması və Çin tərəfindən artan rəqabət səbəbindən “Tesla” şirkəti dünya üzrə işçi qüvvəsinin 10 faizini ixtisar edəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən böyük elektromobil istehsalçısı 14 minə yaxın iş yerini ixtisar edəcək.

Tanınmış biznesmen, icraçı direktor İlon Mask əməkdaşları üçün yazdığı daxili məktubda şirkətin “çətin qərarı”nı elan edib. O, qeyd edib ki, ən nifrət etdiyi şey insanları işdən çıxarmaqdır, lakin bu, məcburi tədbirdir.

Qeyd edək ki, “Tesla” şirkətində 140 minə yaxın işçi çalışır.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*