İlon Mask Nobelə namizəd göstərildibackend

İlon Mask Nobelə namizəd göstərildi

Norveçli deputat Marius Nilsen amerikalı sahibkar İlon Maskı 2024-cü il üçün Nobel Sülh Mükafatına namizəd göstərib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçi hesab edir ki, sahibkar getdikcə qütbləşən dünyada dialoqu, söz azadlığını və öz nöqteyi-nəzərini ifadə etmək imkanını qətiyyətlə müdafiə edir.

Nilsen qeyd edib ki, Mask tərəfindən qurulan şirkətlər cəmiyyəti təkmilləşdirir və həm Yer, həm də kosmos haqqında bilikləri dərinləşdirir.

Nobel Sülh Mükafatına namizədlər arasında NATO-nun baş katibi Yens Stoltenberq, Kolumbiya prezidenti Qustavo Petro və “WikiLeaks”in yaradıcısı Culian Assanj da var.

Bundan əlavə, İsrail və Fələstinin insan haqları təşkilatları mükafat uğrunda mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*